Sabah Bakıda bu yol bağlı olacaq
11 mart 2025 15:58 (UTC +04:00)

Sabah Bakıda bu yol bağlı olacaq

Sabah Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, bu səbəbdən də saat 9:00-dan 23:00-dək sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar