Sabah Abşeronun bu ərazilərində  qaz kəsiləcək
31 oktyabr 2023 19:13 (UTC +04:00)

Sabah Abşeronun bu ərazilərində qaz kəsiləcək

Noyabrın 1-də saat 10:00-dan etibarən “Müşfiqabad” QPS-də görüləcək təmir işləri səbəbindən “Sulutəpə-Xırdalan” ölçü qovşağından qidalanan “Müşfiqabad Daxili” ölçü qovşağından ayrılan əhali qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Lent.az-ın xəbərinə görə, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Aşağı Güzdək, Daş-Güzdək, Hökməli qəsəbələrinin, həmçinin Atyalı və Nübar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11499
avatar

Oxşar yazılar