Sabah 32 dərəcə isti olacaq -  HAVA PROQNOZU
03 oktyabr 2022 12:30 (UTC +04:00)

Sabah 32 dərəcə isti olacaq - HAVA PROQNOZU

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-32° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-19° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

# 3240
avatar

Oxşar yazılar