Rusiyada müəllimlərin maaşları gecikir: Bütün pullar  müharibəyə xərclənib
12 mart 2023 15:30 (UTC +04:00)

Rusiyada müəllimlərin maaşları gecikir: Bütün pullar müharibəyə xərclənib

2023-cü ilin fevral ayının əvvəlinə dövlətin müəllimlərə borcu 162 milyon rubla çatıb ki, bu da əvvəlki ayla müqayisədə 12 dəfə çoxdur.

Lent.az xarici mediaya istinadən bildirir ki, Rusiyada təhsil işçiləri böyük əmək haqqı borcları ilə üzləşiblər. Eyni zamanda, Rusiya Ukraynanın şəhərlərini atəşə tutmaq üçün milyardlarla vəsait xərcləməkdə davam edir.

Bu barədə Rusiya Federal Dövlət  Statistika Xidmətinin sosial-iqtisadi vəziyyətə dair hesabatında deyilir.

Qeyd olunur ki, 2023-cü ilin fevral ayının əvvəlinə dövlətin müəllimlərə borcu əvvəlki ayla müqayisədə 12 dəfə artaraq 162 milyon rubla çatıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin sonunda bu, 17 milyon rublu keçməyib. Bu məbləğin 146 milyon rublu regionların büdcələrinə, dörd milyonu yerli büdcələrə, iki milyonu isə federal xəzinədarlığa borcludur.

Bundan əlavə, müəllimlər işəgötürənlərdən “öz vəsaitlərinin olmaması” səbəbindən daha 10 milyon rubl almayıblar. Fevralın əvvəlinə bütün sahələrdə ümumi əmək haqqı borcları 799 milyon rubla çatıb ki, bu da yanvar ayı ilə müqayisədə 24 faiz çoxdur. Əmək haqqının gecikdirilməsi 19 minə yaxın işçiyə təsir edib, yanvarda 8,3 min nəfərin maaşı gecikdirilib.

# 2058
avatar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39