Retro mahnılar, köhnə kitab qoxusu...   - Bakının mərkəzindəki gizli kitab evindən REPORTAJ
09 dekabr 2022 17:07 (UTC +04:00)

Retro mahnılar, köhnə kitab qoxusu... - Bakının mərkəzindəki gizli kitab evindən REPORTAJ

Bakının köhnə “sovetski” küçələrinin birindəyik... 

Əlimərdan Topçubaşov küçəsindəki bəlkə də hər gün yüzlərlə insanın qarşısından keçib, lakin nəzər yetirmədiyi köhnə kitabxananın qarşısında...

İlk baxışda köhnə yaşayış binasına bənzəsə də bura dünyada nüsxəsi tapılmayan kitabların evidir.

Binanın dəhlizinə daxil olduqda bizi hər yerdə köhnə, müxtəlif dillərdə yazılan kitablar və səssizlik qarşılayır. 

Yararsız kimi görünsə də, burada olan kitabların böyük bir hissəsini başqa yerdə tapmaq çox çətindir. 

 

Dar, qısa və kitablarla bəzədilmiş dəhlizin sonunda balaca pilləkənlə rastlaşdıq. Pilləkəni qalxıb pəncərədən içəri baxdıqda cürbəcür kitab və jurnalların ehtiyat və səliqə ilə düzülməsi diqqətimizdən qaçmadı.

Qapını üzümüzə açan bukinistin sahibi Camal Abdullayev idi.

Köhnə yaşayış binasının blokunu bukinistə çevirən Camal bəy 20 ildir ki, bu sənətlə məşğul olur. 

Retro mahnı… Köhnə kitab qoxusu…Hər yerdə cürbəcür kitablar…

Kitabxanada gəzdikcə insan özünü 90-cı illərdə hiss edir. 

Camal bəyin sözlərinə görə, burada dünya klassiklərinin əsərlərindən əlavə yerli ədəbiyyatdan da nümunələrə rast gəlmək olur. 

- Məndə olmayan, bəzi tapılmayan kitabları axtarıb-tapıb kitabxanaya əlavə edirəm. Kitabların bəzilərini rayonlardan tapırıq. Bura çox adam gəlir. Əsasən ortayaşlı təbəqə. 

- Bəs, cavanlar?

- Təəssüf ki, indiki cavanların kitaba marağı yoxdur. Qarşıdakı kafeni görürsünüz?

- Bəli, deyəsən gənclər sevir oranı...

- Hə, bütün günü kafedə otururlar. Heç biri gəlib kitabla, elmlə maraqlanmır amma... Əcəb işdir vallah…

Söhbəti davam edərək Camal bəy bizə ətrafı gəzdirir. 

Rəngarəngliyi ilə gözoxşayan kitabların sayı 10 mindən çoxdur. 

Camal bəyin sözlərinə görə buraya turistlər daha çox musiqi disklərinə görə gəlir.

İkiotaqlı kitabxananın o biri otağına pilləkənlə qalxdıq. Hər iki tərəfi kitablarla bəzədilmiş pilləkəni qalxdıqca gözümüzü onlardan ayırmaq qeyri-mümkün idi.

Bura Camal bəyin otağı idi. Digər otaqdan tək fərqi burada onun özünəməxsus radiosu və kreslosunun olması idi. 

Musiqiçilər, müğənnilər, tanınmışların mütəmadi olaraq üz tutduğu bu kitabxanada həmçinin köhnə musiqi diskləri də satılır.

Camal bəy gəncləri cəlb etmək məqsədilə digər otaqda demək olar kiçik bir kafe yaradıb. 

Onun sözlərinə görə gənclər buraya xüsusilə ad günlərini qeyd etmək məqsədilə gəlir.

Əl qərəz… Şəhərin mərkəzindəki dünyada nüsxəsi tapılmayan kitabların gizli evi…

Ümid edirik ki, gənclərin əyləncəyə, gəzməyə marağı olduğu kimi, kitaba, elmə və incəsənətə də marağı artar…

# 6195
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Azərbaycanın bu rayonuna 46 sm qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanın bu rayonuna 46 sm qar yağdı - FAKTİKİ HAVA

9 fevral 2023 , 10:11
Azərbaycanda bu ərazidə 27 dərəcə şaxta var - YOLLARIN VƏZİYYƏTİ

Azərbaycanda bu ərazidə 27 dərəcə şaxta var - YOLLARIN VƏZİYYƏTİ

9 fevral 2023 , 10:09
FHN tərəfindən zəlzələ dağıntılarından 37 nəfər sağ çıxarılıb - VİDEO

FHN tərəfindən zəlzələ dağıntılarından 37 nəfər sağ çıxarılıb - VİDEO

9 fevral 2023 , 08:45
Yanvar Avropada tarixdə  ən isti   aylardan biri olub

Yanvar Avropada tarixdə ən isti aylardan biri olub

9 fevral 2023 , 01:13
Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO  - VİDEO

Bakı İdman Sarayında yardım aksiyası davam edir - FOTO - VİDEO

8 fevral 2023 , 22:28
FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO  - VİDEO

FHN-in daha 229 nəfər şəxsi heyəti zəlzələ bölgəsində - FOTO - VİDEO

8 fevral 2023 , 21:49
Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

Azərbaycan xəstəxanalarında Türkiyədəki zəlzələdə yaralananlar üçün 2000 çarpayı ayrıldı

8 fevral 2023 , 18:58
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

“Azərbaycan Çernobıl Əlilləri İttifaqı”nın sədri: “Türkiyənin yanındayıq”

8 fevral 2023 , 18:45