Ramiz Mehdiyevin dövründəki  cinayətlər üzrə məhkəmə başlayır
01 oktyabr 2025 10:07 (UTC +04:00)

Ramiz Mehdiyevin dövründəki cinayətlər üzrə məhkəmə başlayır

0

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

Lent.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

"Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik".

Xatırladaq ki, 2020-2023-cü illərdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar