Bu gün Ramazan ayının səkkizinci günüdür. Ramazan təqviminə əsasən, iftar vaxtı saat 19:27-dir.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının səkkizinci gününün iftar duasını təqdim edir:
İftar duası:
“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.
Tərcüməsi:
“İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!”
Allah orucunuzu qəbul etsin!