Bu gün Ramazan ayının iyirmi üçüncü günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:13-də, iftar vaxtı saat 19:10-dur.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirmi üçüncü gününün iftar duasını təqdim edir:
“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”.
Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”
Allah dualarınızı qəbul etsin!