Qışda sürücülər bu vərdişləri unutmalıdır
30 yanvar 2024 15:42 (UTC +04:00)

Qışda sürücülər bu vərdişləri unutmalıdır

Qışda sürücü sürət həddinə əməl etməli, yolda qəfil manevrlər etməməlidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə avtomobil bazarlarından birinin texniki direktoru Maksim Ryazanov bildirib.

“Sürücülər qışda təhlükəli manevrlərdən qaçmalı, sürət həddini aşağı salmalı, həmçinin optikanın, güzgülərin və şüşələrin təmizliyinə nəzarət etməlidirlər. Çovğunda və qar yağanda nəqliyyat vasitələrini idarə edənlər üçün ilk zərurət yaxşı görünüşdür”, deyib.

Onun sözlərinə görə, qış təkərlərinin quraşdırılması müddətləri pozulmamalıdır. Əgər yayda təkərlərin dəyişdirilməsi faktı kritik deyilsə, qışda mövsümə uyğun olmayan təkərlərin istifadəsi qəza ilə nəticələnir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4794
avatar

Oxşar yazılar