Operativ Qərargahın Koronavius (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində qəbul etdiyi qərarlar və onların icrasına ciddi nəzarətin tətbiq edilməsi, vətəndaşlar tərəfindən tələblərə intizamla riayət olunması nəticəsində Azərbaycan bu sahədə ən uğurlu ölkələr sırasındadır.
Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin tətbiqi sahəsində əldə olunmuş müsbət tendensiya peyvəndləmə prosesində də müşahidə olunmaqdadır. Azərbaycan peyvəndləmənin başladığı ilk ölkələr sırasında olub.
Vətəndaşların ölkəmizə gətirilmiş peyvəndlərə yüksək etimadı təmin olunub və hazırda peyvəndləmə prosesi yüksək sürətlə davam edir.
Görülmüş operativ tədbirlər nəticəsində yoluxmaların sayının azalması, sağalanların sayının yoluxanların sayını üstələməsi, peyvəndlənmənin sürətlənməsini nəzərə alaraq Operativ Qərargah 2021-ci il 31 may tarixindən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlayıb və yumşalmaya dair qəbul edilmiş qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunacaq.
Eyni zamanda, müsbət tendensiyanın saxlanılması mövcud karantin qaydalarına ciddi riayət etmək sayəsində mümkündür.
Ancaq, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Respublikanın Baş sanitar həkiminin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb.
Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkaranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaratmışlar.
Operativ Qərargah bildirir ki, qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq olaraq ciddi tədbirlər görüləcək.
Operativ Qərargah fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır və bir daha xəbərdarlıq edir ki, qaydalara və tələblərə əməl olunmadığı təqdirdə qanuna uyğun ciddi tədbirlər görüləcək.

Qərargahdan Bakıda təşkil olunan konsertlərə CİDDİ REAKSİYA
Oxşar yazılar

Bu il Yer üzündə tarixin ən qısa günü ola bilər
5 iyul 2025 , 09:50
Aşura günü ilə bağlı qanvermə aksiyası başladı - FOTOLENT
5 iyul 2025 , 09:19
Pul əlinizə özü gələcək: İyulda varlanacaq BÜRCLƏR
5 iyul 2025 , 09:09
5 iyul 2025-ci il Qiyamət günü: "Yeni Vanqa"nın proqnozu bütün dünyada çaxnaşma yaradıb
5 iyul 2025 , 00:02
Bu gün Aşuradır
5 iyul 2025 , 00:01
"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
4 iyul 2025 , 20:15
Bu 4 tarixdə doğulan insanlar yalnız qocalanda şans tapacaqlar
4 iyul 2025 , 19:46