Qəbələdə meşə YANIR
01 sentyabr 2022 18:11 (UTC +04:00)

Qəbələdə meşə YANIR

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə yanğınla mübarizə tədbirlərinə əlavə olaraq Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 1650
avatar

Oxşar yazılar