Pensiya alanlar işdən azad olunduqda yeni hesablanma necə aparılır? – CAVAB 
08 avqust 2024 14:21 (UTC +04:00)

Pensiya alanlar işdən azad olunduqda yeni hesablanma necə aparılır? – CAVAB 

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu pensiyanın yenidən hesablanması ilə bağlıdır.

Maraqlıdır, görəsən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs pensiyaya çıxdıqdan və ya yenidən hesablanma aparıldıqdan sonra 6 il tamam olmadan işdən azad olunarsa, pensiyanın yenidən hesablanması necə aparılır?

Lent.az xəbər verir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 45-ci maddələrinin 29 iyun 2022-ci il tarixindən sonra qüvvədə olan mətninə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması zamanı 144-dən işlədiyi aylar çıxılır və müvafiq dövr üzrə toplanmış kapital qalan ayların sayına bölünür.

Məsələn 1)  01.03.2019-ci ildə 57 yaşında güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxıb. 01.08.2022-ci ildə işdən çıxıb. 01.03.2019-01.08.2022-ci illərdəki kapitalı (90%-lə) nəzərə alınmaqla 103-ə bölünməlidir ((144 ay -41 ay pensiyadan sonra işdən çıxdığı dövrədək ayların sayı=103).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33753
avatar

Arzu Qurbanlı

Oxşar yazılar