Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını qəbul edib.
APA-nın məlumatına görə, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumatı təqdim etdikdən sonra müzakirələr olub, deputatlar rəy və təkliflərini bildiriblər.
Müzakirələrdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib.
***
11.37
Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilir.
APA-nın məlumatına görə, hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.