"Omicron" üçün əlavə testə ehtiyac yoxdur
09 fevral 2022 19:21 (UTC +04:00)

"Omicron" üçün əlavə testə ehtiyac yoxdur

"Azərbaycanda “Omikron” ştamı üstünlük təşkil etdiyindən əlavə testə ehtiyac yoxdur".

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov canlı yayımda sualları cavablandırarkən deyib.

"PCR sırf koronavirus infeksiyasının özünü müəyyən edir. Hansı ştam olması isə əlavə analiz nəticəsində müəyyən olunur. Ancaq hazırda müşahidə olunan xəstəlik əlamətləri “Omikron” ştamının ölkədə üstünlük təşkil etdiyini göstərir. Ona görə də PCR testindən əlavə test edilməsinə ehtiyac yoxdur”, - deyə infeksionist qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2283
avatar

Fidan İlqar

Oxşar yazılar