Ölkələr üzrə təhsilə cəlb olunma yaşı: 3 aydan... - SİYAHI
29 oktyabr 2021 12:36 (UTC +04:00)

Ölkələr üzrə təhsilə cəlb olunma yaşı: 3 aydan... - SİYAHI

Təhsil eksperti Kamran Əsədov dünyanın müxtəlif ölkələrində təhsilə cəlb olunma yaşı ilə bağlı paylaşım edib.

Lent.az məlumat verir ki, K.Əsədov bildirib ki, Almaniyada 3-6 yaş arası uşaqlar məktəb öncəsi hazırlığa, 6-15 yaş aralığında məcburi təhsilə cəlb edilir:

"- Avstraliyada 3-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb edilən uşaqlar, 6 yaşdan etibarən məktəbə başlayırlar. İbtidai sinfi bitirdikdən sonra, şagirdlər növbəti təhsil səviyyəsi üçün imtahan verməlidirlər.
- Çexiyada 3-6 yaş aralığındakı uşaqlar məktəbəqədər, 6-15 yaş aralığında isə onlara ibtidai və orta təhsil ala bilərlər. Orta təhsil almaq şəxsi iradədən asılıdır. Lakin bunun üçün imtahan vermək vacibdir.
- Danimarkada 3-17 yaş arası təhsil məcburi və ödənişsizdir. Valideynlər uşaqları üçün istədikləri məktəbləri seçə bilərlər.
- Finlandiyada 6 yaşına qədər uşaqlar məktəbəqədər, 16 yaşına qədər isə və ödənişsiz zəruri təhsil alırlar.
- Fransada 3-6 yaş aralığı üçün məktəbəqədər təhsil alan uşaqlar 6 yaşından sonra zəruri və ödənişsiz oxumağa başlayır. Şagirdlər yaşayış yerlərinə uyğun məktəblərdə təhsil alırlar. 
- Hollandiyada təhsil 5 yaşından başlayır. Ondan əvvəl isə, uşaqlara heç bir təhsil verilmir. Uşaqlar 16 yaşına qədər məcburi təhsilə cəlb edilirlər.
- İngiltərədə uşaqlar 4 aylıqdan 3 yaşına qədər məktəbəqədər təhsilə, uşaq bağçalarına gedə bilərlər. İngiltərədə 5 yaşında başlayan zəruri təhsil, 16 yaşına qədər davam edir. 
- İspaniyada 3 ayından başlayaraq, 6 yaşına məktəbəqədər təhsilə cəlb edilən uşaqların məcburi təhsil isə 16 yaşına qədər davam edir.
- İsveçdə 1-5 yaş aralığında məktəbəqədər təhsilə cəlb olunan uşaqlar, 16 yaşına qədər isə məktəblərdə təhsil ödənişsiz məcburi təhsil alırlar.
- İtaliyada 3-6 yaş arası uşaqlar məktəbəqədər təhsilə cəlb olunurlar. 6-14 yaş aralığında isə ödənişsiz və zəruri təhsil cəlb olunurlar. 
- Macarıstanda 3-7 yaşa aralığındakı uşaqlar üçün məktəbəqədər təhsil verilir. 7 yaşında bir illik hazırlıqla başlayan zəruri  təhsil, 18 yaşında tamamlanır.
- Polşada 3-6 yaş aralığındakı məktəbəqədər təhsil alanlar 6-16 yaş aralığında ödənişsiz məcburi təhsil alırlar.
- Portuqaliyada 3-5 yaş aralığındakı uşaqlar məktəbəqədər təhsilə cəlb edilən uşaqlar 15 yaşına qədər ödənişsiz zəruri təhsil alırlar. 
- Ruminiyada 3-6 yaş arası məktəbəqədər təhsil cəlb olunan uşaqlar, 6-15 yaşa qədər məktəblərdə ödənişsiz məcburi təhsil alırlar. 
- Yunanıstanda uşaqlar 3-6 yaş aralığında məktəbəqədər, 6-15 yaş aralığında isə, ödənişsiz və məcburi təhsil almalıdırlar".

Qeyd edək ki, Azərbaycanda hazırda məktəbəhazırlıq qruplarına qəbul 5 yaşdan başlayır. Məktəb yaşı isə 6-dır.

Xatırladaq ki, "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir:

"Zənnimcə, 6 yaş gecdir. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563

Oxşar yazılar