Nazirlik vəzifəli şəxslərin məktəblini döyməsini pislədi
17 iyul 2022 17:01 (UTC +04:00)

Nazirlik vəzifəli şəxslərin məktəblini döyməsini pislədi

Təhsil Nazirliyi Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.

Lent.az-ın xəbərinə görə, bu, Təhsil Nazirliyinin yaydığı məlumatda əksini tapıb.  

Qeyd edilib ki, Təhsil Nazirliyi bununla bağlı  aidiyyəti qurumların apardığı araşdırmanın  günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir.

Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.

# 3423
avatar

Aytəkin Cəlali

Oxşar yazılar