Nazirdən nadinc şagirdlərlə bağlı  İLGİNC AÇIQLAMA
18 fevral 2022 14:52 (UTC +04:00)

Nazirdən nadinc şagirdlərlə bağlı İLGİNC AÇIQLAMA

"Şagirdlərin nadinc davranışları ilə bağlı görüntüləri ictimailəşdirməyi doğru hesab etmirəm. Bunu videoya çəkib ictimailəşdirməklə təhsilin indiki vəziyyətini təsvir etmək doğru deyil".

Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, azərbaycanlı şagirdlər son illərdə beynəlxlaq olimpiadalarda 300-dən çox medal qazanıb.

"Amma nədənsə biz onların uğurlarını çəkib paylaşmırıq. Məncə bizim qəhrəmanlarımız onlardır. Onları ictimailəşdirmək daha doğru olar. Nadinc, partanın üstünə çıxan uşaqlar təbii ki problemdir. Amma bu, məktəbin daxili problemi və şagird davranışı məsələsidir. Lakin bunu gündəmin ən vacib mövzusuna çevirmək də doğru deyil".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Fidan İlqar

Oxşar yazılar