Naxçıvanın yeni FHN rəhbəri KİMDİR? - DOSYE
17 yanvar 2023 16:10 (UTC +04:00)

Naxçıvanın yeni FHN rəhbəri KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə polkovnik Şahin Mirzəyev Naxçıvanın fövqəladə hallar naziri təyin edilib.

Lent.az yeni nazirin dosyesini təqdim edir:

Yeni nazir Şahin Mirzəyev 1968-ci il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. O, ali  təhsilini Azərbaycan Texniki Universitetində alıb.

Şahin Mirzəyev bu təyinatadək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini çalışıb. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib. 

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.

# 3717
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda 1239 qəzalı bina sökülüb

Bakıda 1239 qəzalı bina sökülüb

1 aprel 2023 , 18:08
Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

1 aprel 2023 , 13:13
Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

1 aprel 2023 , 10:57
Qaxa 7 sm qar yağıb

Qaxa 7 sm qar yağıb

1 aprel 2023 , 09:35
Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə   çox olub

Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə çox olub

1 aprel 2023 , 01:55
“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

31 mart 2023 , 21:07
Sabahın  havası ilə bağlı   XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

31 mart 2023 , 19:53
Bu rayonlara  qar yağıb   - FAKTİKİ HAVA - VİDEO

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA - VİDEO

31 mart 2023 , 19:39