“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub
15 sentyabr 2023 15:51 (UTC +04:00)

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

“Nar” birinci sinfə başlayan şagirdləri “Bilik günü” münasibətilə təbrik etmək üçün Füzuli və Tərtərə səfər edib. Mobil operator ümumilikdə 6 məktəbin bütün “birincilərinə” yeni dərs ili üçün ləvazimatlar, o cümlədən məktəb çantaları hədiyyə edib.

“Nar” artıq bir neçə ildir ki, korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanın bölgələrində təhsil alan şagirdlərin məktəb həyatına ilk addımlarını dəstəkləyir. “Nar”ın KSM istiqamətində həyata keçirdiyi digər lahiyələrlə nar.az/projects səhifəsində tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

# 2157
avatar

Oxşar yazılar