Milli Olimpiya Komitəsinin 30 illiyində YENİ OLİMPİYA HİMNİ
04 noyabr 2022 17:52 (UTC +04:00)

Milli Olimpiya Komitəsinin 30 illiyində YENİ OLİMPİYA HİMNİ

Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi ərəfəsində müasir quruluşda hazırlanmış Olimpiya Himni yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. 

Lent.az xəbər verir ki, ilk dəfə 2002-ci ildə baş prodüser Elnur Kələntərov tərəfindən MOK-un 10 illiyi münasibətilə yaradılan və bəstəkarı Eldar Mansurov olmuş himn 20 il sonra Yaşar Baxış tərəfindən müasir üslubda aranjiman edilib. 

6 ay davam edən layihədə Himn əməkdar artist Tünzalə Ağayeva, İlhamə Qasımova, Lamiyə Kərimova (Rast qrupu), Rəvanə Əmiraslanova, Zamiq Hüseynov, Ayaz Qasımov, Nadir Rüstəmli və Elnur Kələntərovun ifasında səsləndirilib.  Olimpiya stadionunda tanınmış idmançıların və azarkeşlərin iştirakı ilə həyata keçirilən klip çəkilişlərinə artıq  yekun vurulub. Ən son qrafik dizayn həlləri və müasir çəkiliş üslubları ilə hazırlanan Olimpiya Himninin klipində ən mötəbər idman yarışlarında parlaq qələbələri ilə üçrəngli bayrağımızın dalğalanmasına vəsliə olan idmançılarımızın arxiv kadrlarından istifadə edilib. 

Olimpiya Himninin layihə rəhbəri Elnur Kələntərov, rejissoru Elvin Əhmədoğludur. Olimpiya Himninin yeni üslubda hazırlanan musiqisi və klipi 11 noyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbirdə təqdim ediləcək. 
 

# 2553
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10