Məscidlərdə namaz qılınmasına icazə veriləcək?
13 may 2021 10:28 (UTC +04:00)

Məscidlərdə namaz qılınmasına icazə veriləcək?

“Pandemeiya da bir imtahandır, inşallah, bu imtahanı da keçəcəyik”.

APA-nın məlumatına görə, bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Şeyxülislam deyib ki, bu, pandemiya şəraitində keçən ikinci Ramazan ayıdır: “Allah bizə pandemiyanın sona çatmasında yardımçı olsun. Peyvənd də olunmaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib ki, Operativ Qərargaha müraciət olunsun, məscidlərdə pandemiya ilə bağlı qaydalara riayət edilməklə namaz qılınsın. İnşallah, bu da reallaşar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832
avatar

Oxşar yazılar