Məktəblərdə qızılcaya yoluxmada SON DURUM
27 noyabr 2023 15:30 (UTC +04:00)

Məktəblərdə qızılcaya yoluxmada SON DURUM

Son günlər ölkədə şagirdlər arasında qızılcaya yoluxma getdikcə yayılmağa başlayır. Bəzi valideynlər övladlarının yoluxmasından qorxaraq məktəbə buraxmırlar. 

Maraqlıdır, hazırda ölkə məktəblərində vəziyyət necədir?

Məsələ ilə bağlı Lent.az-ın sorğusuna Elm və Təhsil Nazirliyindən cavab verilib. Məlumata görə, qızılcaya yoluxma kütləvi xarakter daşımır:

"Qızılcaya qarşı birqayda olaraq uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən peyvənd olunurlar. Hər hansı ümumi təhsil müəssisəsində qızılcanın simptomları müşahidə edilərsə, dərhal yerli poliklinikalara məktəb rəhbərliyi tərəfindən məlumat verilir. 

Qızılcaya yoluxmuş şagird və ya şagirdlər oxuduqları siniflərdən virusun inkubasiya dövründə (10-14 gün)  kənnarlaşdırılırlar. Bununla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır. Məktəblərdən bizə daxil olan məlumatlardan aydın olur ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4401
avatar

Fidan İlqar

Oxşar yazılar