Avtomobil
18 dekabr 2020 16:53 (UTC +04:00)

Avtomobil

Maşınınızı qışa belə hazırlayın: Əks halda...

Artıq 3 gündən sonra Azərbaycanda qış fəsli başlayır. Bir sıra sahələrdə əsasən havaların daha çox şaxtalı keçdiyi nəzərə alınaraq qış fəsli üçün xüsusi tədbirlər görülür. Belə tədbirlərdən biri və çox vacib olanı avtomobillərin şaxtalı hava şəraitinə hazırlanmasıdır.

Avtomobil eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı Lent.az-a danışarkən bildirib ki, ilk növbədə avtomobillərin dövri reqlamentə uyğun təmirini həyata keçirmək lazımdır:

"Avtomobillər üçün hər mövsümdən əvvəl hazırlıq tədbirləri görmək vacibdir. Bu baxımdan sürücülərin üzərinə böyük məsuliyyət düşür. Lakin təəssüflər olsun ki, əksər sürücülər avtomobillərin qışa hansı qaydada hazırlanması barədə məlumatsızdır. İlk növbədə avtomobilin dövri reqlamentə uyğun olaraq təmirini həyata keçirmək lazımdır. Məsələn, mühərrik yağını vaxtında dəyişmək, radiatorun suyunu qarışıq antifiriz dediyimiz məhlul ilə əvəz etmək lazımdır".

Həmsöhbətimiz eyni zamanda qış  təkərlərinin mütləq quraşdırılmasını, digər hissələri isə ehtiyac olarsa dəyişmək lazım olduğunu deyib:

"Bundan əlavə, qışa hazırlıq çərçivəsində təkərlər də önəm daşıyır. Təkərlər təhlükəsizlik üçün diqqət edəcəyimiz vacib amillərdən biridir. Bunun üçün də avtomobildə mütləq qış təkərləri olmalıdır. Protektorları 1.5 mm-dən az olan təkərlərdən istifadə etmək olduqca təhlükəli hesab olunur. Bunnunla yanaşı, şüşəsilən profilaktikası da vacib şərtlərdəndir. Əgər onların rezinləri yeyilibsə, dəyişmək lazımdır. Ümumiyyətlə qış mövsümündə şüşəsilən məsələsinə diqqətlə yanaşmaq lazımdır ki, o hava şəraitinə uyğun olaraq sürücüyə problem yaratmasın. Həmçinin duman əleyhinə olan və ümumilikdə avtomobilin bütün faralarının işlək vəziyyətdə olmasına diqqət yetirməliyik. Ola bilər ki, lampanı yaxud işıq relisi dediyimiz avadanlığı dəyişmək lazımdır". 

Eldəniz Cəfərov qış mövsümünə heç bir hazırlıq tədbiri görülməyən avtomobillə yola çıxmaq olduqca təhlükəli hesab edib. Onun sözlərinə görə, həmin avtomobili şaxtalı havada idarə etmək məsləhət deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328
avatar

Mehman Nəbiyev

Oxşar yazılar