Koronavirusla bağlı  SON STATİSTİKA
24 iyun 2021 16:38 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölüm faktı olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib. 841 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, bu günə qədər isə ümumilikdə 3 706 051 test icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602
avatar

Oxşar yazılar