Koronavirusdan ölənlərin sayı kəskin artdı -  SON STATİSTİKA
07 aprel 2021 14:43 (UTC +04:00)

Koronavirusdan ölənlərin sayı kəskin artdı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 276 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3780 nəfər vəfat edib, aktiv xəstə sayı 28144 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 593, ötən müddət ərzində isə ümumilikdə 2 963 012 test aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2886
avatar

Oxşar yazılar