Koronavirusdan 20 nəfər də öldü -  SON STATİSTİKA
18 avqust 2021 16:32 (UTC +04:00)

Koronavirusdan 20 nəfər də öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib. 30 954 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, bu günə qədər isə ümumilikdə 4 252 882 test icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Oxşar yazılar