İcbari Tibbi Sığortanın paketi genişlənir - Nələr daxildir?
28 sentyabr 2023 12:11 (UTC +04:00)

İcbari Tibbi Sığortanın paketi genişlənir - Nələr daxildir?

Bu gün icbari tibbi sığorta paketinə daxil olan xidmətlərin sayı 3315-ə çatdırılıb. Xidmətlər zərfi tətbiq ediləndən bəri 3 dəfədən artıq genişləndirilib.

Lent.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. 

2017-ci ildən pilot olaraq İTS-nin tədricən tətbiqinə başlamışdıq. Həmin dövrdən icbari tibbi sığorta ilə bağlı araşdırmalar aparmışdıq. Məlum olmuşdu ki, unibersal tibbi xidmət tətbiq edilməlidir. Burada üç komponent önəmlidir. Birincisi əhalidir. Bu gün fəxrlə deyə bilərik ki, bizdə əhalinin hər biri sığortalanıb. Tibbi xidmətlər zərfi komponentinə gəldikdə isə burada hansı xidmətlərin daxil edilməsi məsələsi idi. Bu gün 3315 xidmət daxil edilib. Xidmətlər zərfi 3 dəfədən artıq genişləndirilib. Üçüncü komponent isə maliyyə məsələsi idi. Burada əhalinin cibindən nə qədər, sığorta hesabına nə qədər xərclənməsi önəmli idi. Bizim üçün önəmli olan əhalinin öz cibindən az xərcləməsi idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612
avatar

Arzu Qurbanlı

Oxşar yazılar