"Hindistan ştammı Azərbaycana gələ bilər" -  XƏBƏRDARLIQ
25 iyun 2021 16:17 (UTC +04:00)

"Hindistan ştammı Azərbaycana gələ bilər" - XƏBƏRDARLIQ

“Türkiyənin 16 vilayətində koronavirusun Hindistan ştammı aşkar olunub”.

Lent.az məlumat verir ki, bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim infeksionisti Nəzrin Mustafayeva deyib. O bildirib ki, Azərbaycanda yoluxma sayları azdır:

“Bu gün üçün bizdə Hindistan ştammı aşkar olunmayıb. Ancaq dünyanın artıq 90-dan çox ölkəsində sözügedən ştamm növü qeydə alınıb. Əgər ölkədə virus aşkarlanarsa, bununla bağlı məlumat veriləcək”.

N.Mustafayeva qeyd edib ki, hazırda Azərbaycan digər ölkələrdən tam izolə olunmuş vəziyyətdə deyil:

"Bu səbəbdən də Hindistan ştammı Azərbaycana gələ bilər. Bunun qarşısını almaq və ya gecikdirmək üçün kütləvi peyvəndləmə vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2342

Oxşar yazılar