Oktyabrın 22-si saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.
Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, Bakıda və Abşeron yarımadasında və eləcə də, Naxçıvan MR-da, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.