Hazırda bu ərazilərə yağış yağır -  FAKTİKİ HAVA
25 iyun 2022 12:17 (UTC +04:00)

Hazırda bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə iyunun 25-i saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçmiş, lakin şimal və qərb rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində iyunun 24-də saat 22 radələrində Əyriçay-Başdaşağıldan (Oğuz) sel keçib.

Hazırda Ceyrançöl, Balakən rayonlarında yağış yağır.

Düşən yağışın miqdarı: Göygöldə 23.0 mm, Şahdağda 13.0 mm, Xınalıq, Mingəçevirdə 12.0 mm, Oğuzda 11.0 mm, Qəbələdə 9.0 mm, Sarıbaş, Qrızda 8.0 mm, Şəkidə 6.0 mm, Daşkəsən, Zaqatala, Ağstafada 5.0 mm, Gəncədə 4.0 mm, Şərur, Gədəbəy, Tovuz, Kişçay, Ləzə, Balakən, Qubada 2.0 mm, Qusar, Şəmkir, Naftalan, Sədərək, Yevlax, Sumqayıtda 1.0 mm-dək olub.

Dolu: iyunun 24-də saat 21:20 radələrində Şəki rayonu Kiçik Dəhnə kəndinə xırda dənəli dolu düşüb.

Havanın maksimal temperaturu: İyunun 24-də Bakıda iqlim normasından 2.0° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 26-31° isti, Naxçıvan MR-da 31-36° isti, dağlıq rayonlarda 18-23° isti, aran rayonlarında 29-34° isti olub.

İyunun 29-dək əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

# 3417
avatar

Oxşar yazılar