“Google Maps”də bəzən məkanların qeyri-etik sözlərlə ifadə edildiyinin şahidi olmuşuq.
Bəziləri qəsəbə və ya kəndlərdə, məsələn, “Ruslanın bərbərxanası”, “2 manatlıq dönər” kimi məntəqə adlarını xəritədə qeyd edirlər.
“Google Maps” eksperti Elvin Hüseynov Lent.az-a bildirib ki, məkan kimi əlavə olunan qeyri-etik yazılar bundan sonra 24 saat sonra xəritədən silinəcək:
“Təbii ki, silinmə mərhələsinə xüsusi nəzarəti mən edəcəm. Xüsusilə vurğulamaq istərdim ki, Çilov adası ərazisində qeyri-etik adlara rast gəlmək mümkün olurdu. Bu şəxslərin aşkar olunub hüquq mühafizə orqanlarına şikayət olunmaları təmin olunacaq”.