Ən uzun və ən qısa  oruc tutulan   ölkələr
29 mart 2024 10:41 (UTC +04:00)

Ən uzun və ən qısa oruc tutulan ölkələr

Ramazan ayı bütün dünyada gecə ilə gündüzün bərabərləşdiyi martın 20-də yaz bərabərliyi ilə üst-üstə düşdüyü üçün orucluq müddətləri arasındakı fərq 3 saat yarımdan bir qədər çoxdur.

Lent.az-ın xəbərinə görə, müxtəlif ölkələrdə oruc tutma müddətləri ölkələrin ekvatora yaxınlığına görə dəyişir.

Ekvatora yaxın bölgələrdə Ramazan ayı boyunca orucluq müddəti 13 saatdan bir qədər çoxdur.

Ən uzun oruc aprelin 9-da İslandiyanın Reykyavik şəhərində 16 saat 36 dəqiqə, ən qısa oruc isə Çilinin Punta Arenas və Yeni Zelandiyanın Dunedin şəhərlərində 12 saat 51 dəqiqədir. 

Bu il dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların oruc tutma vaxtları arasındakı fərq 4 saatı keçmir.

# 2595
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar