Nuran Abdullayev, Köln Universiteti Klinikasının tibb elmləri doktoru
04 mart 2021 13:28 (UTC +04:00)

Nuran Abdullayev, Köln Universiteti Klinikasının tibb elmləri doktoru

Ən çox istinad edilən gənc azərbaycanlı alim 

Dünyanın tibb sahəsində ixtisaslaşmış nüfuzlu elmi nəşrlərində  Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin elmi tədqiqatlarına istinadların sayı 400-ü ötüb.

Lent.az bildirir ki, N.Abdullayev tədqiqatlarına nüfuzlu jurnallar, o cümlədən beynəlxalq arenada tanınmış elm adamlarının ən çox istinad etdiyi ilk gənc azərbaycanlı alimdir.

Ölkəmizi Avropada, eləcə də dünyada layiqincə təmsil edən gənc alimlərimizdən biri də həmyerlimiz Nuran Abdullayevdir. Almaniyada fəaliyyət göstərən soydaşımız gənc olmasına baxmayaraq, tibb sahəsində bir çox yeniliklərə imza atıb. Azərbaycanlı alim kimi elmi arenada kifayət qədər nüfuz qazanan N.Abdullayev, həmçinin cəmiyyətin maariflənməsi istiqamətində də aktiv fəaliyyət göstərir.

N.Abdullayev neyroradiologiya və insult xəstələrinin müalicəsi sahəsində gətirdiyi yeniliklərlə tibb elminə öz töhfəsini verməkdədir və o, məhz bununla Azərbaycanın tibb tarixində bir ilkə imza atıb.

Onun müxtəlif mövzular əsasında apardığı onlarla elmi tədqiqatı dünyaca məşhur tibbi ekspertlər qəbul edib, dünyanın ixtisaslaşmış nüfuzlu jurnallarında dərc olunub və hələ də dərc olunmaqdadır.

Bu elmi tədqiqatlara olunan yüzlərlə istinadlar isə həmin elmi işlərin yüksək səviyyədə və dəqiqliklə ərsəyə gəlməsindən irəli gəlib. Bu da bir azərbaycanlı gənc alimin təkcə yeni elmi məlumatları dərc etməsi demək deyil, eyni zamanda elmdə istiqamətləndirici yol göstərən bir mövqedə durması deməkdir.

N.Abdullayev yeni növ koronavirus infeksiyası ilə bağlı dünyada elmi tədqiqatı çap edilən ilk azərbaycanlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3005

Oxşar yazılar

 Ən gözəl   5 BÜRC: Kainatın  ən cazibədar   qadınları 

Ən gözəl 5 BÜRC: Kainatın ən cazibədar qadınları 

3 aprel 2025 , 00:02
Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15