Ekspert led işıqların zərərlərini AÇIQLADI:  "Ən dəhşətlisi..."
09 fevral 2022 22:44 (UTC +04:00)

Ekspert led işıqların zərərlərini AÇIQLADI: "Ən dəhşətlisi..."

Son günlər avtomobillərə quraşdırılan led işıqlarla bağlı məsələ yenidən gündəmə gəlib. Əksər sürücülər də bununla bağlı sosial şəbəkələrdə dəfələrlə şikayət yazaraq led işıqlardan istifadə edənləri qınayıblar. Onların sözlərinə görə, həmin işıqlar qarşı tərəfdən gələn avtomobillərə real təhlükə yaradır, görmə qabiliyyətini sıfra endirir. Ən dəhşətlisi isə odur ki, belə məqamlar qəza ilə nəticələnir.

Mövzu ilə bağlı Lent.az-a danışan avtomobil eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobilin xüsusiyyətlərinə uyğun olmayan, mənşəyi bilinməyən işıqların istifadəsi qadağandır:

“Avtomobillərə quraşdırılan işıqlar hamısı beynəlxalq qaydalarla tənzimlənir. İşığın qəbul olunmuş norması var və ona uyğun quraşdırılır. İstehsalçılar tərəfindən hər bir avtomobil göndərilən ərazinin xüsusiyyətlərinə uyğun təchiz olunur. Məsələn, Amerika, Avropa və Asiya xüsusiyyətləri var. Azərbaycan da Avropa xüsusiyyətinə aiddir. Azərbaycana rəsmi gətirilən avtomobillərin işıqları da Avropa spesifikasiyalarına uyğun quraşdırılır. Amma sonradan həm köhnə, həm təzə avtomobillərə led və ya digər işıqları alıb quraşdırırlar. Həmin işıqların gücünün də avtomobilə uyğun olub-olmadığı, mənşəyi məlum olmur.

Lakin vətəndaşlar yenə də həmin işıqları alıb əlavə edirlər. İlk növbədə bu işıqlar standartlara cavab vermədiyi üçün qadağandır. İkincisi, həmin işıqlar qarşıdan gələn piyada və sürücülərin görmə qabiliyyətini aşağı salır ki, bu da qəzaya səbəb ola bilər. Üçüncüsü və ən dəhşətlisi isə mənşəyi bəlli olmayan işıqlar avtomobildə yanğın yarada bilər. Yanğını hətta təzə maşınlarda  da yaradır. Ekspertiza nəticəsində məlum olur ki, bu avtomobildə əlavə işıqlar quraşdırılıb və o da zavodda yığılan qurğularla tərs mütənasib olduğu üçün yanğın törədib.

Ümumilikdə led işıqlar qadağan deyil. Amma küstar üsulla hazırlanan, mənşəyi bilinməyən sözügedən işıqlar qadağandır və bu belə də olmalıdır”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, mövcud işıq cihazlarından istifadənin pozanlar 50 manat cərimə edilir. Həmçinin, duman əleyhinə işıqlara led işıqların quraşdıranlar barədə isə 150 manat cərimə nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3756
avatar

Mehman Nəbiyev

Oxşar yazılar