Dünyanın ən xoşbəxt insanlarının  yaşadığı on şəhər - SİYAHI
12 fevral 2024 14:38 (UTC +04:00)

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı on şəhər - SİYAHI

Reytinqdə şəhərlər üç kateqoriyaya bölünüb.

Danimarkanın Orhus şəhəri 2023-cü ildə ən xoşbəxt sakinləri olan şəhər kimi tanınıb. 

Lent.az xarici mediaya istinadən məlumat verir ki, Danimarkanın bu ikinci ən böyük şəhəri Yutlandiya yarımadasının şərqində, paytaxt Kopenhagendən təxminən 187 kilometr məsafədə yerləşir. Skandinaviya ölkələrinin sakinlərinin çox vaxt ən xoşbəxt kimi tanındığını nəzərə alsaq, bu qərar sürpriz olmadı.

“Happy City Index 2023” reytinqinin qalibini müəyyən etmək üçün Britaniyanın “Institute for Quality of Life” tədqiqat şirkəti dünyanın 200 şəhərini təhlil edib.

Reytinqdə nəzərə alınan digər amillər arasında təhsil, inklüziv siyasət, iqtisadi şərait, mobillik, ətraf mühitin mühafizəsi, yaşıl ərazilərə çıxış, innovasiya, təbii şərait, fəlakətlərə davamlılıq və konkret şəhər sakinlərinin xoşbəxtliyinə təsir edən bir çox digər amillər daxil olub.

Eyni zamanda, reytinqdə şəhərlər şərti olaraq üç kateqoriyaya bölünüb: qızıl şəhərlər (1-23 yerlər), gümüş (24-100) və bürünc (101-200).

Hazırda dünyanın ən xoşbəxt şəhərləri kimi aşağıdakılar tanınır:

• 1. Orhus, Danimarka (1614,2 bal).

• 2. Sürix, İsveçrə (1611).

• 3. Vankuver, Kanada (1605).

• 4. Nyu-York, ABŞ (1602).

• 5. Cenevrə, İsveçrə (1599,9).

• 6. Monreal, Kanada (1596,5).

• 7. London, Böyük Britaniya (1586,9).

• 8. Brisben, Avstraliya (1585,2).

• 9. Amsterdam, Hollandiya (1578,1).

• 10. San-Fransisko, ABŞ (1577,1).
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7155
avatar

Oxşar yazılar