Dron, alışqan, saat, pitsa - ŞEYTANIN AĞLINA GƏLMƏYƏNLƏR
18 mart 2021 20:15 (UTC +04:00)

Dron, alışqan, saat, pitsa - ŞEYTANIN AĞLINA GƏLMƏYƏNLƏR

Dünən Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb. Məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan Məmmədov Ramiz Yunis oğluna qohumu Astara şəhər sakini İbrahimov İlqar Səfər oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan şirniyyat qutusunun içərisində gizlədilən 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,993 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,456 qram olan narkotik maddə - tiryək aşkar edilib.

Elə həmin gün 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Xəlilov Samir Əlibala oğluna gətirilən sovqata baxış zamanı orda olan şor məhsulunun içərisində xüsusi üsulla gizlədilən 1 ədəd sellofan bükülüdə metamfetamin tapılıb.

Əslində, istər Azərbaycan, istərsə də dünyanın bu və ya digər ölkələrində məhbuslara qeyri-adi üsullarla narkotik, pul, telefon, hətta silah belə keçirilməsi barədə xəbərlərə zaman-zaman rast gəlirik. Maraqlıdır ki, necə deyərlər, şeytanın belə ağlına gəlməyən üsulları, məhz insanlar fikirləşib tapırlar. Gəlin söhbət açdığımız mövzuyla bağlı maraqlı faktlara nəzər salaq.

Məsələn, bir dəfə Bakı İstintaq təcridxanasında saxlanılan Kərimzadə Rüstəm Fuad oğluna tanışı Abuzərov Səxavət Abuzər oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan yemək qazanının alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerində danışıq kartı olan bir ədəd mobil telefon aparatı aşkar edilib.

Bir dəfə isə, məhkum Bayramov Emin Eldar oğlu ilə qısamüddətli görüşə gəlmiş yaxınlarının ona gətirdiyi sovqata baxış zamanı məlum olub ki, orada olan qəndin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə heroin var.

Məhkum Yusif Vidadi oğlu Ağayevin yanına sovqat gətirən xalası oğlu da maraqlı yola əl atıb. O, xalası oğluna gətirdiyi ərzaq bağlamasındakı qablaşdırılmış ağ pendirin içərisində selofana bükülmüş, ayrı-ayrılıqda 3 hissəyə bölünmüş, xalis çəkisi 2,815 qram olan narkotik maddə - heroin tapılıb yerləşdiribmiş.

Quliyev Hümbət Həbib oğlu Pərvizə gətirdiyi sovqata baxış keçirilən zaman iki ədəd alışqanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0.903 qram olan narkotik maddə – heroin aşkar edilib.

Maraqlı faktlardan biri də Rusiyada baş verib. REN TV-nin məlumatına görə, məhkumlara qeyri-adi üsulla narkotik ötürülməsinin üstü açılıb. Belə ki, əldəqayırma pnevmatik silahın köməyi ilə həbsxananın ərazisinə “narkotik atışı” həyata keçirilirmiş.

Qonşu ölkədə bir qeyri-adi üsula isə Yekaterinburqda əl atıblar. Dostları şəhər təcridxanalarının birində məhkumluq həyatı yaşamış şəxsə narkotik maddəni və pulu dronla ötürmkə istəyiblər. Amma həbsxana gözətçiləri bunun qarşısını alıblar.

İtaliyanın Peruca şəhərindəki həbsxanaya öz qardaşıyla görüşə gələn şəxs ona narkotik maddəni pitsanın içində ötürmək istəyib. Meksikada isə qol saatını içində həyat yoldaşına heroin keçirmək istəyən qadın yaxalanıbmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4269
avatar

Oxşar yazılar