Direktorların videolarına nazirdən  REAKSİYA:   "Mənzərə göründüyü qədər faciəvi deyil"
18 fevral 2022 14:09 (UTC +04:00)

Direktorların videolarına nazirdən REAKSİYA: "Mənzərə göründüyü qədər faciəvi deyil"

“Hesab edirəm ki, mənzərə görsədildiyi qədər faciəvi deyil. Direktorların fəaliyyəti Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Həmin videolarda bu və ya digər formada araşdırma aparılsa görünəcək ki, nöqsanlara yol vermiş direktorların hər biri işdən azad olunub”.

Lent.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, mənim problemim bu tip videoların yayılması deyil:

"Bu mənada biz buna hətta faydalı baxırıq. Çünki ictimai nəzarətin bir forması da məhz bu cür videolardır. Mənim problemim bu tip videoların paylaşılması deyil. Bu videolar əsasında ümumiləşdirmə və təhlillərin aparılmasıdır. Təbii ki, belə videolar varsa, bizə də göndərmələri faydalı ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

Fidan İlqar

Oxşar yazılar