Dana əti adı ilə camış əti  satırdı, ifşa olundu
11 may 2023 12:23 (UTC +04:00)

Dana əti adı ilə camış əti satırdı, ifşa olundu

Bərdədə qanunsuz ət satışının qarşısı alınıb.

AQTA-dan Lent.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən aparılmış reyd zamanı Bərdə rayonu, Güloğlular kəndində fiziki şəxs Quliyev İxtiyar İlham oğluna məxsus ət satışı mağazasına baxış keçirilib. Yoxlama zamanı mağazada baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan 29 kq ət aşkarlanıb.

Həmçinin aparılan araşdırmalar zamanı sahibkarın istehlakçıları aldadaraq, camış ətinin dana əti adı altında satışa çıxardığı müəyyən edilib. Sınaqların aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda istehlaka yararsız ət saxlanca qoyularaq dövriyyədən çıxarılıb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Oxşar yazılar