Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB
03 fevral 2023 17:00 (UTC +04:00)

Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı açıqlanıb.

DİM-dən Lent.az-a verilən xəbərə görə, 2022/2023-cü tədris ili üzrə Elm və Təhsil Nazirliyinin əmri ilə yaradılmış şəhər, rayon psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında tam (XI sinif) orta təhsil səviyyəsi üzrə 99 nəfər, ümumi (IX sinif) orta təhsil səviyyəsi üzrə 584 nəfər şagird Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarından azad edilib.

Buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.

# 2214
avatar

Fidan İlqar

Oxşar yazılar