Bu yayla bağlı  XOŞ XƏBƏR:   Havalar  sərin keçəcək 
23 fevral 2024 15:29 (UTC +04:00)

Bu yayla bağlı XOŞ XƏBƏR: Havalar sərin keçəcək 

0

Tarixdə planetin ən isti yayına səbəb ola biləcək El Nino fenomeni apreldə başa çatır, temperatur aşağı düşəcək və ilin ikinci yarısında okean cərəyanlarının “soyuq” mərhələsi başlaya bilər. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bunu Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

“Bütün hesablamalara görə, modellərə görə... aprel ayından başlayaraq El-Nino dayanır. Yəni Sakit okeanın şərqində suyun temperaturu normaya düşməyə başlayacaq”, - Vilfand bildirib.

Onun sözlərinə görə, hesablamalar göstərir ki, 2024-cü ilin ikinci yarısında 60 faizdən çox ehtimalla La- Nina mərhələsi baş verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6945

Oxşar yazılar