Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına direktorun müavini - baş həkim təyin olunub.
Bu barədə Lent.az-a Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Kərimov Nicat Məhərrəm oğlu bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, əvvəlki baş həkim Pərviz Hacıyev öz istəyi ilə vəzifəsindən ayrılmışdı.