57 nömrəli tam orta məktəb
09 oktyabr 2021 17:10 (UTC +04:00)

57 nömrəli tam orta məktəb

Bu məktəbdə dərslər təxirə salındı - SƏBƏB - FOTO

Oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin  I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.

Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəlı tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilib.

Məlumatda qeyd edilib ki, normal tədris mühitinin və təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.

# 21339
avatar

Oxşar yazılar