Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 2021 10:42 (UTC +04:00)

Bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Bu gün şəhid general-mayor Polad Həşimovun anadan olduğu gündür.

Lent.az xəbər verir ki, o, 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub.

Polad Həşimov orta məktəbi Sumqayıtda bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alıb və təhsilini Türkiyədə davam etdirib. Daşkəsən, Murov istiqamətində və digər döyüş bölgələrində xidmət edib.

2016-cı ilin aprel döyüşlərində iştirak edərək yaralanıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib. 2020-ci il 14 iyulda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ilə dövlət sərhədində atəşkəsi pozduğu zaman ön xətdə olan general-mayor Həşimov qəhrəmancasına şəhid olub.
Azərbaycan prezidentinin 9 dekabr tarixli "hərbi qulluqçuların təltifi haqqında" sərəncamına əsasən, Həşimov Polad İsrayıl oğluna "Azərbaycanın milli qəhrəmanı" fəxri adı verilib.
Ailəli idi, 2 oğlu və 1 qızı vətənə əmanət qalıb.

# 2715
avatar

Mehman Nəbiyev

Oxşar yazılar