Bir qəbirə iki nəfəri dəfn etmək olarmı? – AÇIQLAMA
23 may 2022 18:36 (UTC +04:00)

Bir qəbirə iki nəfəri dəfn etmək olarmı? – AÇIQLAMA

Bu gün insanların dəfn olunması məsələsi ətrafında bəzi suallar hələ də cavabsız qalır. Məsələn, dünyasını dəyişən iki yaxın insan eyni qəbirdə basdırıla bilərmi? Birmənalı olaraq hər birimiz “yox” cavabını verərik.

Amma Azərbaycanın bəzi bölgələrində belə bir maraqlı dəfn adəti varmış. Belə ki, bir qəbirin içərisində iki nəfər dəfn edilir. Məsələn, ananın qoynunda balasını, xanımın qoynunda həyat yoldaşını dəfn edirlər. Bu adətə əsasən cənub bölgəsində, xüsusən Lənkəran rayonunda rast gəlinir. 

Foto Lənkəran rayonunun mərkəzində yerləşən qəbiristanlıqda çəkilib

Maraqlıdır bəs bu dini baxımdan nə dərəcə doğrudur? Xüsusən də müsəlmanların yaşadığı ərazilərdə din buna icazə verirmi?

Lent.az məsələnin dini tərəfini öyrənmək üçün Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi Ağasəid Yaqubovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, birinci meyitin dəfn olunmasından 30-40 il keçibsə, həmin yerdə ölən şəxsin yaxınlarını dəfn etmək olar:

“Qəbir açmaq haramdır. Amma istisna hallarda olar. Bunun üçün də şərtlər var. Meyit müsəlmanlara aid qəbiristanlıqda dəfn olunmayıbsa, hər hansı cinayət amili olarsa, qəbirin açmağa icazə var.

Bundan başqa, birinci dəfn olunan şəxsin əti çürüyüb torpağa qarışıbsa, onun yaxınlarını da həmin qəbirdə dəfn etmək olar. Bir meyitin də çürüyüb torpağa qarışması 30-40 il çəkir. Bu həm də regionun torpağından asılıdır. Bu halda həmin qəbri qazıb, doğmasını da onun yanına dəfn etmək olar”.

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli müsahibələrinin birində bir qəbirdə iki nəfərin dəfn edilməsinin günah olmadığını, yanlız məhrəm insanların dəfn edilə biləcəyini vurğulamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6843
avatar

Fidan İlqar

Oxşar yazılar