Bayramdan sonra hava yenidən  PİSLƏŞƏCƏK - XƏBƏRDARLIQ
05 mart 2022 15:00 (UTC +04:00)

Bayramdan sonra hava yenidən PİSLƏŞƏCƏK - XƏBƏRDARLIQ

"Yaxın üç gündə havanın temperaturunun iqlim normasından yüksək olacağını gözləsək də, martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq".

Bunu Lent.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, temperatur hətta Abşeronda belə fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək. 

"İkinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Fidan İlqar

Oxşar yazılar