Bayram günlərinin DƏHŞƏTLİ ZƏHƏRLƏNMƏ STATİSTİKASI
28 mart 2022 11:18 (UTC +04:00)

Bayram günlərinin DƏHŞƏTLİ ZƏHƏRLƏNMƏ STATİSTİKASI

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə 224 nəfər müraciət edib. 

Mərkəzdən Lent.az-a verilən məlumata görə, müraciət edən 28 nəfərin vəziyyəti ağır olduğu üçün Toksikologiya şöbəsinə yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi, 3-ü isə  uşaq olub. Onlardan 9-u dəm qazından, 10-u dərmandan, 4-ü sirkə turşusundan, 1-i allergiya səbəbindən və 4-ü qidadan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2107

Oxşar yazılar