Baş prokuror Qarabağ Universiteti ilə tanış olub.
Aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.
Konfransdan əvvəl Baş prokuror Kamran Əliyev, Elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, prokurorluq əməkdaşları və digər qonaqlar universitetin kitabxanası, kriminalistika otaqları və digər tədris avadanlıqları ilə tanış olub.
Qonaqlara Qarabağ Universitetinin müasir standartlara cavab verən zəngin kitabxana fondu, elektron resurslar sistemi və tələbələrin elmi tədqiqat fəaliyyətini dəstəkləyən şərait barədə ətraflı məlumat verilib.
Baş Prokurorluq tərəfindən kitabxana fonduna yeni kitablar hədiyyə edilib.
Məlumat verilib ki, Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş kriminalistika otağı hüquqşünaslıq ixtisasının tələbələri üçün praktik təlimlərin keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu otaq, tələbələrin real cinayət hadisələri ilə bağlı praktiki bacarıqlarını inkişaf etdirməyə, hüquq tətbiqi sahəsindəki biliklərini gücləndirməyə imkan verir.
***
Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.
Konfrans zamanı Baş prokuror Kamran Əliyev çıxış edib.
Çıxışında ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə geniş yer ayıran Baş prokuror Kamran Əliyev vurğulayıb ki, müasir Azərbaycanın hüquqi-siyasi dayaqları məhz onun müəyyənləşdirdiyi strateji xəttin nəticəsidir. O qeyd edib ki, 1995-ci il Konstitusiyası və prokurorluq orqanlarının yenidən qurulması bu siyasətin mühüm elementlərindəndir.
Kamran Əliyev tədbirin məhz bu şəhərdə keçirilməsinin xüsusi önəm daşıdığını bildirib.
O qeyd edib ki, bu konfrans suverenliyin tam bərpasının, hüquqi dövlət quruculuğunun və qanunun aliliyinin təcəssümüdür.
***
Xəbər verildiyi kimi, aprelin 14-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.
Konfrans zamanı Baş prokuror Kamran Əliyev çıxış edib.
Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi əsaslarını və suverenliyini təmin edən ali sənəddir. O, 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ölkənin inkişafında dönüş nöqtəsinə çevrildiyini vurğulayıb.
Baş prokuror qeyd edib ki, hüquq-mühafizə orqanları, xüsusilə də prokurorluq, dövlətin suverenliyinin və hüquqi əsaslarının qorunmasında önəmli missiya daşıyır. O bildirib ki, bu orqanların fəaliyyətinin təkmilləşdirilməsi dövlətin dayanıqlığının və vətəndaşların hüquqlarının təminatıdır.
Baş prokuror Kamran Əliyev Qarabağ Universitetində hüquq ixtisasının tədrisinin başlanmasını yüksək qiymətləndirərək qeyd edib ki, bu, regionda hüquqi şüurun formalaşdırılmasına və gələcək hüquqşünas kadrların hazırlanmasına xidmət edəcək. O əlavə edib ki, bu təşəbbüs suverenliyin bərpası ilə paralel həyata keçirilən vacib addımdır.