Bakının mərkəzi küçəsində YENİ QADAĞA
05 mart 2025 09:16 (UTC +04:00)

Bakının mərkəzi küçəsində YENİ QADAĞA

Bu gün paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək. 

Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər. 

Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2726

Oxşar yazılar

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

7 iyun 2025 , 12:06
Azərbaycanda müəllimə "üzüktaxma"  mərasimi -  RƏSMİ AÇIQLAMA

Azərbaycanda müəllimə "üzüktaxma" mərasimi - RƏSMİ AÇIQLAMA

7 iyun 2025 , 11:46
Leysan və qar yağıb  - FAKTİKİ HAVA

Leysan və qar yağıb - FAKTİKİ HAVA

7 iyun 2025 , 10:52
İyun ayının pulla sevindirəcəyi  BÜRCLƏR

İyun ayının pulla sevindirəcəyi BÜRCLƏR

7 iyun 2025 , 09:09
"Cəhənnəm" istisi bu ölkəni  məhv edəcək: XƏBƏRDARLIQ

"Cəhənnəm" istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

6 iyun 2025 , 20:15
İyunun 6-da yeni həyata başlayacaq  7 BÜRC

İyunun 6-da yeni həyata başlayacaq 7 BÜRC

6 iyun 2025 , 18:20
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq  - PROQNOZ

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

6 iyun 2025 , 12:07