Bu küçədə piyadaların hərəkət təhlükəsizliyi bərpa olundu
16 dekabr 2020 14:36 (UTC +04:00)

Bu küçədə piyadaların hərəkət təhlükəsizliyi bərpa olundu

Bakının bu küçəsindəki işıqfor düymə ilə işləyəcək - FOTOLENT

Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyi səviyyəsi artırılıb.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, sıx məskunlaşmanın və təhsil müəssələrinin olduğu bu küçədə mövcud eyni səviyyəli piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor obyektləri quraşdırılıb.

Nəticədə ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib.
İnşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub, işıqfor dirəklərində quraşdırılan çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizliyi maksimum həddə çatdırılıb. 

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi nizamlanan eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1545
avatar

Mehman Nəbiyev

Oxşar yazılar