Bakıda sıxlıq olan yollar - SİYAHI
24 yanvar 2024 07:51 (UTC +04:00)

Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Lent.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda:

1.    Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2.    Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
3.    Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4.    Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
5.    Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
6.    8 Noyabr prospekti, Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər;
7.    Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

# 2244
avatar

Oxşar yazılar